XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

23 Aprel 2018 - 13:19

SABİQ DEPUTATIN TUTULUB AZƏRBAYCANA VERİLDİYİ XƏBƏRİ TƏSDİQLƏNDİ –İstintaqı Vergilər Nazirliyi aparır

Almaniyada mühacirət həyatı yaşayan Milli Məclisin sabiq deputatı, tanınmış bəstəkar Hüseyn Abdullayevin tutularaq Azərbaycana təhvil verildiyi xəbəri rəsmi təsdiqini tapıb.

Strateq.az xəbər verir ki, APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyindən Hüseyn Abdullayevin “İnterpol” tərəfindən Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil veridiyini onlara təsdiqləyiblər.

Bildirilir ki, Azərbaycana gətirilən Hüseyn Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Xatırladaq ki, Hüseyn Abdullayevin tutulduğu və Azərbaycana gətirildiyi barədə ilk məlumatı “Qafqazinfo.az” saytı yayıb.