XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2018 - 16:23

Serj Sərkisyan baş nazir postundan istefa verdi:“Mən səhv etdim, gedirəm”

Serj Sərkisyan baş nazir postundan istefa verib.

Bu haqda Sərkisyanın verdiyi bəyanatda deyilir:

“Bütün vətəndaşlara müraciət edirəm. Gecə-gündüz küçələrdə “Serjdən imtina et” çağırşı ilə duranlara, canlı efiri gecə-gündüz seyr edənlərə, hərbçilərə, partiya yoldaşlarıma, bütün siyasi qüvvələrə müraciət edirəm. Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm:

Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var. Amma onların heç birinə getmərəm. Bu mənə görə deyil. Mən ölkə rəhbəri postunu tərk edirəm. Sizin tələbinizi yerinə yetirirəm.

Ölkəyə harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”.