XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

23 Aprel 2018 - 20:13

Hansı nazirlər postu ilə vidalaşdı, yeni simalar kimlər oldu? –SİYAHI

Pezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb.

Ötən hökumətin ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov və baş nazirin müavinləri Elçin Ədəndiyev, İsmət AbbasovAbid Şərifov yeni hökumətdə təmsil olunmayıblar.

Azərbaycanın 29-cu hökumətində yeni şəxslər – kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, təhsil naziri Ceyhun Bayramov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və yeni yaradılmış Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev olub.

Baş nazirin daha müavini vəzifəsinə Bakının keçmiş meri Hacıbala Abutalıbov təyin olunub.

Nazirlər Kabinetinin tərkibində yeni Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə isə yeni təyinat olmayıb.

Xatırladaq ki, Milli Arxiv İdarəsinin rəis vəzifəsini Ataxan Paşayev tutub/APA