XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

24 Aprel 2018 - 10:31

“”Məxməri inqilab” yarımçıq qala bilməz…” –Paşinyandan hakim partiyaya ultimatum

“Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm”.

Bunu müxalif “Addım” Hərəkatının sədri, “məxməri inqilab”ın lideri Nikol Paşinyan bildirib.

O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir: “Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətisizdir”.

N.Paşinyan qeyd edib ki, aprelin 24-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla “Mariott” otelində görüşəcək və baş nazir məsələsi ilə bağlı danışıqları davam etdirəcək: “Mən birmənalı şəkildə vurğulamaq istərdim ki, “məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sarqsyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcəklərinə ümid etməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”.

Report