XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 17:39

“Bu xidmət Azərbaycanın qapısıdır, burada rüşvətxorluğa son qoyulmalıdır” –PA rəhbəri yeni rəisin qarşısına tələb qoydu

“Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”.

Bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.

PA rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

APA