XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2018 - 19:57

Sərkisyanı devirən müxalif lider “Baş nazir olmaq istəyirsiniz?” sualına belə cavab verdi:"Xalq istəsə..."

“Hakimiyyət artıq xalqın əlindədir və obrazlı şəkildə desək, müqavimət göstərmək artıq faydasızdır”.

Bu sözləri Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən deputat Nikol Paşinyan deyib.

“Sərkisyan bunu başa düşmürdü, bəs sonra nə baş verdi? Bu yolla davam edənlərlə də eyni şey baş verəcək”, – Paşinyan bildirib.

“Siz Baş nazir olmaq istəyirsiniz?” sualına isə müxalif lider bu cür cavab verib: “Əgər xalq mənim üzərimə belə bir yük qoymaq istəsə, etiraz etmərəm”.

Axar.az