XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2018 - 23:44

Tramp ermənilərin 103 illik xülyasını gözlərində qoydu:"1915-ci ildə zərər çəkmələrindən kədərlənirik"

ABŞ prezidenti Donald Tramp bugünkü açıqlamasında yenə də qondarma “erməni soyqırımı” ifadəsini işlətməyib.

Ağ Ev rəhbəri 1915-ci ilin “dəhşətli” hadisələrinin yada salındığını deyib.

Tramp bildirib ki, insanların zərər çəkməsindən və həyatlarını itirməsindən kədərlənir.

“Biz 1915-ci ilin dəhşətli hadisələrini yada salırıq və insanların həyatını itirmələrindən, zərər çəkmələrindən kədərlənirik”, – deyə ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri ermənilərin Osmanlı imperiyasından deportasiya edildiyini qeyd edib.

Bununla da Tramp ermənilərin gözləntilərinin əksinə olaraq, növbəti dəfə qondarma “erməni soyqırımı” ifadəsini işlətməyib/Report.