Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
“Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrinin təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, – məlumatda deyilir.