XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 09:09

“ABŞ-ın bütün hərəkətləri üçün cavab planı hazırlanıb” –Rəsmi Pekin

Çin ticarət və investisiya sahəsində ABŞ-ın bəyanatlarını izləyir və artıq ABŞ-ın hər hansı bir müdafiə xarakterli və birtərəfli hərəkətləri üçün cavab planı hazırlayıb.

“RİA Novosti” xəbər verir ki, bunu cümə axşamı mətbuat konfransında Çin Kommersiya Nazirliyinin mətbuat katibi Qao Feng bildirib.

“Biz Amerika tərəfinin müvafiq bəyanatlarını qeyd etdik və Çin hər hansı protektiv və birtərəfli hərəkətlərə qarşı qətiyyətlə çıxış edir…Çin tərəfi ABŞ-ın bəyanatları və hərəkətlərini izləyəcək, biz artıq Vaşinqtonun hər hansı bir hərəkətinə cavab vermək üçün tədbirlər hazırlamışıq”, – deyə Qao Fen Birləşmiş Ştatların Çin investisiyalarına qarşı yeni məhdudiyyətlər tətbiq edə bilmə ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.

O, əlavə edib ki, “illər ərzində Çin müəssisələri ABŞ-da biznesə investisiya yatırıb ki, bu da iş yerlərinin yaradılmasına kömək edib və Birləşmiş Ştatların iqtisadi inkişafına böyük töhfə verib”.

Kommersiya Nazirliyinin nümayəndəsi hesab edir ki, investisiya sahəsindəki mövcud qeyri-müəyyənlik səbəbindən bir çox Çin müəssisəsi ABŞ-a sərmayə yatırımını azaldıb və ya ABŞ bazarında möhkəmlənmək planlarından imtina edib/Report.