XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 13:35

“Azərbaycanın AŞPA ilə münasibətlərini pozmağa çalışan qüvvələr var” –Türk deputat

“Azərbaycanın Avropa Şurası ilə münasibətlərini pozmağa çalışan qüvvələr var”.

Bunu Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Yasin Aktay qurumun tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu hesabatın məqsədi Azərbaycanın nüfuzuna xələl vurmaqdır: “Halbuki bizim əsas alətimiz ədalətli olmağımızdır. Təəssüflər olsun ki, bu hesabat ədalətli və obyektiv hazırlanmayıb”/Report.