XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Aprel 2018 - 15:09

Prezident Londonda Britaniyanın dövlət naziri ilə görüşdü –Müzakirə + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.

Görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. O, Bakıya səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.