XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

27 Aprel 2018 - 13:50

Tramp prezident İlham Əliyevə məktub göndərdi:“Sizinlə birgə işləmək əzmindəyəm”  

 

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: “Hörmətli cənab prezident.

Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcək.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm”.