XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 Aprel 2018 - 12:54

“Yolları bağlayın, hərəkəti iflic edin” –Paşniyan və tərəfdarları yenidən meydanlarda + CANLI YAYIM

Ermənistan keçirilən etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan tərəfdarlarına müraciət edərək onlara tapşırıqlar verib.

Strateq.az Axar.az-a istinadən bildirir ki, Paşinyan Ermənistanın bütün regional mərkəzlərində görüşlər keçirəcəyini bildirib.

Onun sözlərinə görə, bu görüşlər zamanı müəyyən problemlərin həllinə yönəlik əhəmiyyətli müzakirələr olacaq.

Bundan sonra Nikol Paşinyan İrəvanda dinc sivil itaətsizlik tədbirlərinin bərpasına çağırıb. Bundan əlavə, paytaxtda yürüş və mitinq keçiriləcəyini elan edib.

Hazırda Paşinyan etirazçılara yolları bağlamağı və nəqliyyatın hərəkətini iflic etməyi tapşırıb.

Müxalif lider 19:00-da Respublika meydanında mitinqin baş tutacağını bəyan edib.