XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

30 Aprel 2018 - 12:08

Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü –Kresloda oturmaq üçün 6 deputatın səsi lazımdır

 

Ermənistan parlamentinin “Yelk” (Çıxış) fraksiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb.

“News.am” saytının  verdiyi xəbərə görə, bu barədə fraksiyanın üzvü Edmon Marukyan bildirib. Paşinyan deyib ki, baş nazir təyin edilərsə, ilk növbədə qanuni, azad və ədalətli parlament seçkilərinin keçirilməsinə hazırlıqla məşğul olacaq.

Məsələyə parlamentin 1 may tarixli iclasında baxılacaq. “Çıxış” fraksiyasından başqa, Qagik Tsarukyanın bloku və Daşnaksutyun da N. Paşinyanı dəstəkləyir. Onların hamısının birlikdə 47 səsi var. Baş nazir seçilmək üçün 53 səs tələb olunur. 58 mandata malik Respublika Partiyası səsverməyə qatılacağını, lakin namizəd irəli sürməyəcəyini açıqlayıb. RP fraksyasının bəzi üzvlərinin Paşinyana səs verəcəyi gözlənilir.