XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 May 2018 - 00:32

NETANYAHUDAN SENSASİON İDDİALAR:"İsrail kəşfiyyatı İranın nüvə arxivini ələ keçirərək, ABŞ-la paylaşıb"

İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, onun ölkəsi İranın nüvə silahı əldə etmək istədiyini “göstərən” on minlərlə sənəd aşkar edib.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, aprelin 30-da Təl-Əvivdə keçirilən mətbuat konfransında Netanyahu İranın 2015-ci ildə dünyanın 6 dövləti ilə nüvə sazişini imzaladıqdan sonra özünün nüvə proqramına aid arxivini gizlətdiyini bəyan edib.

Baş nazirin sözlərinə görə, bu materiallar İranın “beş Hirosima bombasına bərabər bomba” düzəltmək və onu ballistik raketə yükləmək planının olduğunu göstərir.

Netanyahu deyib ki, İran ən yüksək səviyyədə nüvə proqramını davam etdirmək əzmində olub.

İsrailin baş naziri 2015-ci il razılaşmasının “yalanlar üzərində” qurulduğunu deyib.

O, bəyan edib ki, İsrail kəşfiyyatı İranın 55 minə yaxın məxfi sənədinin surətlərini əldə edib.

Netanyahu bildirib ki, o, bu sənədləri Birləşmiş Ştatlarlarla paylaşıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişini dəfələrlə tənqid edib və Vaşinqtonun bu müqavilədən çıxa biləcəyini söyləyib.

Təl-Əvivdə keçirdiyi mətbuat konfransında Netanyahu deyib ki, o, cənab Trampın “düzgün işi görəcəyinə” əmindir.

Netanyahu aprelin 29-da ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ilə görüşüb. Onlar İranın nüvə proqramını müzakirə ediblər.

Danışıqlardan sonra Pompeo deyib ki, Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün geniş və hərtərəfli plana malikdir.