XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 22:21

Yeni xidmət rəisi əvvəlkinin qohumlarını “vurur” –İki idarə rəisi və bir neçə əməkdaş da işdən çıxarıldı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb.

Strateq.az qafqazinfo-ya istinadən bildirir ki,  yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.

Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.

Strateq.az xəbər verir ki, işdən çıxarılan Rövşən Səfərovla Mehman Səfərov doğma qardaşdır. Onlar həm də keçmiş rəis Firudin Nəbiyevin qohumlarıdır.