“Vaşinqtonun Ankaraya “F-35″ qırıcılarının tədarükünü ləğv etməsi bizim üçün qəbuledilməzdir, əgər bu təyyarələrin Türkiyəyə göndərilməsi dayandırılarsa, o zaman biz də ABŞ-a qarşı cavab tədbirləri görəcəyik”.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu sözləri “CNN Turk” telekanalına xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Xatırladaq ki, bəzi senatorlar F-35-lərin Türkiyəyə təhvil verilməsini əngəlləmək üçün layihə hazırlayıblar. Senatorların belə bir layihəni konqresə verməsinin səbəbi isə ABŞ vətəndaşı olan rahip Andrey Kraiq Brunsonun Türkiyədə həbsdə olması göstərilir.