Türkiyə prezidenti Ərdoğan partiyasının bugünkü toplantısında 24 iyunda keçiriləcək prezident seçkilərindəki proqramını açıqlayıb.
Strateq.az-ın məlumatına görə, Ərdoğan toplantıda əhd edib ki, 24 iyundan sonra Türkiyə müasir mədəniyyətin üst səviyyəsinə qalxacaq:
“Bu millətin inancını boğmaya qalxdılar. Varlığımıza, hüzurumuza, rifahımıza qəsd etdilər. Yıxılmadıq, ərdəm və cəsarətlə Türkiyəni şahlandırdıq. Birlikdə böyüdük. Biz durmadıq, onlar da durmadı…”.
Ərdoğan deyib ki, bəlli qüvvələr Türkiyənin sərhədlərini terror dəhlizi ilə mühasirəyə almaq istəyiblər: “Lakin sərhədlərimizi dəyişməyə cəhd edən muzdlu qatillərin başını əzdik. Ölkəmizi hədəf alan planları necə pozduqsa, bundan sonra da eyni qərarlıqla pozacağıq. Biz Türkiyənin dünəni, bu günü və sabahıyıq. Biz Türkiyənin bölünməz bütünüyük”.
Ərdoğan bildirib ki, indi Türkiyədə dünya aktyoru səviyyəsinə gəlib: “Bizim üçün əsas olan milli güvənlik və sabitlikdir. Artıq dünya düzənində güclü, söz sahibi olan ölkəyə çevrilirik. Biz tam demokratik bir Türkiyə istəyirik”.
Ərdoğan daha sonra iqtisadi sahədə qazanılan uğurlardan danışıb, sosial layihələri gücləndirəcəklərini bəyan edərək, yeni vədlər verib.
Sonda isə o, 24 iyun seçkilərinə toxunub, bildirib ki, həmin günü Türkiyədə yeni bir dönəm başlayacaq: “Bu yeni bir dönəmin başlanğıcını birlikdə gerçəkləşdirəcəyik”.