XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

07 May 2018 - 13:20

Rəsmi Tel-Əviv Bəşər Əsədi öldürməklə hədələdi:"Kəşfiyyat yerini müəyyənləşdirəcək və..."

İsrail Suriya prezidenti Bəşər Əsədi rəsmən ölümlə təhdid edib.

Strateq.az “Reuters”ə istinadən bildirir ki, bu barədə İsrailin enerji naziri Yuval Steynitz açıqlama verib.

O, bildirib ki, İsrail indiyə qədər Suriyadakı daxili savaşa müdaxilə etməyib: “Ancaq əgər Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat keçirməsinə icazə verməyə davam edərsə, o zaman İsrail kəşfiyyatı onun yerini müəyyənləşdirəcək və üstəlik, rejimi də devirəcək”.

“Reuters” İsrailli nazirin bu təhdidinin Əsədin öldürülməsi anlamına gəldiyini yazıb.