XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2018 - 13:26

Paşinyandan Qarabağla bağlı bəyanat:“Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq"

Ermənistanda məxməri inqilabın lideri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Qarabağ münaqişəsi ilə bağlı fikirini açıqlayıb.

Strateq.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Azərbaycanla münaqişənin sülh yolu ilə həll edilməsinə hazır olduğunu bildirib: “Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq”.

Paşinyan onu da deyib ki, danışıqlar prosesində Dağlıq Qarabağ rəhbərliyinin iştirakı təmin edilməyənə qədər müzakirələr nəticəsiz qalacaq.