XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2018 - 13:52

Paşinyan, nəhayət, baş nazir seçildi –59 deputat "hə", 42-si "yox" dedi

Ermənistanda məxməri inqilabın lideri Nikol Paşinyan bu gün ölkənin baş naziri seçilib.

Strateq.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səsvermədə onun lehinə 59, əleyhinə 42 deputat səs verib: “Bununla da o, ölkənin yeni baş naziri seçilib”.

Qeyd edək ki, o, bundan əvvəlki seçkidə arzulanan səsi toplaya bilməmişdi. Əgər bu dəfə də parlament baş naziri seçə bilməsəydi, o zaman ölkədə növbədənkənar parlament seçkisi keçiriləcəkdi.