XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2018 - 19:56

Sahil Babayev kadr dəyişikliyinə start verdi –Aparat rəhbəri, mətbuat katibi və daha iki şöbə müdiri işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün  bir neçə vəzifəli şəxsin ərizələrini alıb.

Bu barədə nazirlikdən Mia.az-a verilən məlumata görə, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar: “Bu gün saat 16.00 radələrində nazir həmin şəxslərin ərizələrini aldı”.

Saytın məlumatına görə, vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova həvalə olunub.