XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2018 - 23:24

Rəsmi Tehrandan Trampın qərarına ilkin reaksiya:"Rusiya, Çin və Avropa dövlətləri ilə məsləhətləşəcəyik"

İran prezidenti Həsən Ruhani xalqa müraciətində ABŞ-ın nüvə sazişindən çıxmasına şad olduğunu bildirib.

TASS xəbər verir ki, dövlət başçısı Birləşmiş Ştatları problemli tərəfdaş və öz öhdəliklərinə riayət etməyən ölkə adlandırıb: “İran öz öhdəliklərinə əməl edən, ABŞ isə öhdəliklərinə heç zaman əməl etməyən ölkədir”.

“Nüvə sövdələşməsi beynəlxalq müqavilədir və ABŞ ondan çıxmamalı idi. ABŞ bununla göstərdi ki, onlar beynəlxalq sazişlər üzrə öhdəliklərə riayət etmirlər”, – deyə Ruhani bildirib.

Prezident əlavə edib ki, Tehran öz müttəfiqləri ilə nüvə sazişi üzrə işini Vaşinqtonsuz davam etdirəcək. Onun sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi Rusiya, Çin və Avropa dövlətləri ilə məsləhətləşmələr aparacaq.