Bütün dünya gördü ki, ABŞ-ın İranın nüvə proqramı ilə əlaqədar irəli sürdüyü iddialar sadəcə bir bəhanədir, məqsəd İranın varlığına son qoymaqdır.
Bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei bu gün Tehrandakı Mədəniyyət Universitetinin müəllim və tələbələri ilə görüşündə bildirib.
Ali Rəhbər deyib: “ABŞ ilə danışıqlara başlamaq istəyənlərə demişdim ki, bu ölkəyə inanmaq olmaz. Biz anlaşmanı qəbul etsək də, bizə qarşı düşmənçiliyə son qoyulmadı, əksinə, düşmənçilik daha da şiddətləndi. İndi də İranın raket proqramını müzakirə mövzusuna çeviriblər. Belə bəhanələr bitməyəcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, İrana qarşı irəli sürülən iddialar sadəcə olaraq bir bəhanədir, məqsəd isə İranın bölgədəki varlığına son qoymaqdır.
Ali Rəhbər ABŞ-ın yanlış addım atdığını vurğulayaraq İranın daha da güclənəcəyini bəyan edib.