XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 May 2018 - 16:09

Ermənistanın eks-prezidenti:"Paşinyan bundan sonra parlamentə eyni metodla təsir edə bilməz"

Ermənistanın Respublika Partiyası parlamentdəki üstünlüyü sayəsində hökumətin bütün qanunvericilik təşəbbüslərini yox edə bilər.

Bunu mediaya müsahibəsində Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan deyib. Onun sözlərinə görə, respublikaçıların nümayəndələri son çıxışlarında bu istəklərini gizlətmirlər:

“Son zamanlar çoxları parlamentlə hökumət arasındakı münasibətlərdə yaranan qeyri-adi situasiyaya siyasi xarakter verməyə cəhd edir. Parlamentdəki çoxluq özünü müxalifət elan edib, hökumətə isə azlıq kimi yanaşılır. Buna Paşinyanın yeni hökuməti necə müqavimət göstərə bilər?

İndiyə qədər Paşinyan parlamentə öz iradəsini aksiyaların yardımı ilə yeridə bilib. Bu beynəlxalq ictimaiyyət tərəfindən demokratik görüntü olaraq qəbul edilib. O, bundan sonra parlamentə eyni metodla təsir edə bilərmi? Aydındır ki, yox. Ona görə də bu resurs artıq yox olub. Parlamenti öz iradənə xalq hərəkatının lideri kimi tabe etdirmək başqa məsələ, baş nazir qismində buna cəhd etmək tamam ayrı məsələdir. Belə olan halda Paşinyanın yol verəcəyi bu addımları dünya ictimaiyyəti qəbul etməyəcək. Çoxları anlayır ki, yaranmış situasiyadan yeganə çıxış yolu növbədənkənar seçkinin keçirilməsidir. Bu isə Seçki Məcəlləsində köklü dəyişikliklərdən sonra baş tutmalıdır”.

Axar.az