XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 May 2018 - 19:25

İran prezidenti bəyanat verdi, ABŞ-ı “mənəviyyatsız” adlandırdı:“Tehran nüvə sazişində qalır”

 

İran prezidenti Həsən Ruhani bazar günü bir daha bildirib ki, Tehran ölkənin maraqları müdafiə edilsə 2015-ci il nüvə sazişinə sadiq qalacaq.

O, Birləşmiş Ştatların sazişdən çıxmasının “mənəviyyatın pozulması” olduğunu deyib. “ABŞ-ın çıxması… mənəviyyatın pozulmasıdır, siyasətin və diplomatiynın düzgün aparılması yolunun pozulmasıdır və beynəlxalq normalara ziddir”, – Ruhani ölkədə səfərdə olan Şri Lanka prezidenti Maithripala Sirisena ilə görüşdə bildirib.

Əgər qalan beş ölkə razılaşmaya davam edərsə, İran Amerikanın istəyindən asılı olmayaraq, sazişdə qalmaqda davam edərək”, Ruhani əlavə edib.

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxmaq qərarı Avropa müttəfiqlərini narazı salıb. Qərar qlobal neft təchizatı ilə bağlı qeyri-müəyyənliyə və Yaxın Şərqdə münaqişə riskinin artmasına gətirib çıxarıb.

İran bildirib ki, sazişə imza atmış dünya qüdrətləri Tehranın neft sektoru kimi iqtisadiyyatının əsas sahələrinin sanksiyalardan müdafiəsini təmin etsə, razılaşmada qalmaqda davam edəcək. 2015-ci ildə əldə edilmiş saziş həmçinin Britaniya, Çin, Fransa, Almaniya və Rusiya tərəfindən imzalanıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vaşinqonun sazişdən çıxmaq qərarını elan etməsindən sonra razılaşmanı qorumaq səyləri çərçivəsində dünya qüdrətləri ilə görüşmək məqsədilə səfərə çıxıb. (Amerikanın Səsi)