XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 May 2018 - 18:14

DSMF-nin ən böyük idarələrinin birində rəsmi yoxlama gedir –Səlim Müslümovun yaxın qohumu təhlükədə

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.

 Hesablama Palatasından verilən məlumata görə, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı”na uyğun olaraq həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.

Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq/APA.

Strateq.az xatırladır ki, DSMF-nin sözügedən idarəsinə keçmiş nazir Səlim Müslümovun qaynı Ağalar Xasayev rəhbərlik edir.