XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2018 - 16:08

FTB Sərkisyanın qardaşlarına cinayət işi açdı –Sabiq maliyyə naziri də "qara siyahı"dadır

ABŞ Federal Təhqiqatlar Bürosu Serj Sərkisyanın qardaşları Aleksandr və Levon Sərkisyanlara qarşı cinayət işi qaldırıb.

Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.

Qəzet FTB-nin hər iki şəxsin Ermənistan və ABŞ-da biznesmenlərə hansı ziyanı vurduğunu araşdırdığını bildirib.

FTB-nin diqqət mərkəzinə həmçinin Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçaturyan da düşüb. O da erməni biznesmenlərin mülkinin mənimsənilməsində ittiham olunur/Axar.az