XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 May 2018 - 04:55

Türkiyədə Hərbi Hava Qüvvələrinin 101 zabiti saxlanılıb –Aralarında 1 briqada generalı və 5 polkovnik də var

Türkiyədə hərbi hava qüvvələrinin 33 zabiti ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Gülənlə iddia olunan əlaqələrinə görə saxlanıb.

Bu haqda “Röyter”agentliyi “Hürriyet” qəzetinə istinadən xəbər yayıb.

Bildirilir ki, Ankara prokurorları ölkənin 21 vilayətində ümumilikdə 101 hərbi hava qüvvələri zabitinin həbsinə order veriblər.

Həbs edilənlərin arasında briqada generalı və 5 polkovnik var.

Türkiyə hakimiyyət orqanları 2016-cı ildə baş tutmamış çevriliş cəhdindən bəri vaxtaşırı hərbi heyət üzvlərinin həbslərini həyata keçirir.

Türkiyədə indiyədək 160 min nəfər çevrilişlə əlaqədə ittiham edilərək saxlanıb və bir o qədər də insan vəzifələrindən azad edilib.

Türkiyənin Qərb müttəfiqləri kütləvi repressiyaları sərt tənqid edirlər.

Prezident Rəcəp Tayyip Ərdoğanın tənqidçiləri deyirlər ki, o, baş tutmamış çevrilişdən opponentlərini sıradan çıxarmaq üçün istifadə edir.

Türkiyə hökuməti isə bildirir ki, sərt tədbirlər ölkədə sabitliyin qorunması üçün zəruridir.