XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

18 May 2018 - 16:13

HÜSEYN ABDULLAYEV HƏBSXANADAN XƏBƏR GÖNDƏRDİ:“Ölərəm, ancaq kimsəyə yalvarmaram, əyilmərəm!"

 

Ötən ay Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən və barəsində bir neçə maddəylə cinayət işi qaldırılan tanınmış bəstəkar, sabiq deputat və biznesmen Hüseyn Abdullayev vəkilləri vasitəsiylə ilk müraciətini yayıb. 

Strateq.az xəbər verir ki, vəkilləri Ruhid Əkbərov və Fərid Həsənov vasitəsi ilə “Qafqazinfo”ya göndərdiyi müraciətində Hüseyn Abdullayev kifayət qədər maraqlı mesajlar verib.

Hüseyn Abdullayev, hər şeydən əvvəl, ağır günlərində ona dəstək olanlara təşəkkür edib, daha sonra isə son vaxtlar bir sıra media qurumlarında əleyhinə aparılan kampaniyaya etirazını bildirib:

“Bu günlərdə vəkillərimin verdiyi məlumata görə, bəzi saytlarda mənimlə bağlı absurd, həqiqətə uyğun olmayan xəbərlər dərc edilib. Qısaca onu qeyd edirəm ki, məni tanıyan və xasiyyətimə bələd olan insanlar gözəl bilirlər ki, Hüseyn Abdullayev ömür boyu mərd-mərdanə yaşayıb. Öz xalqına, millətinə xidmət göstərib və heç kimin qarşısında əyilməyib, sınmayıb.

Mənə qarşı irəli sürülən bütün ittihamları uydurma və əsassız olduğundan, rədd edirəm, qəbul etmirəm. Bununla bağlı bir həftə aclıq aksiyası keçirmişəm.

Hazırda səhhətim və sağlamlığım normaldır. Normal qidalanıram. Mənə qarşı irəli sürülən ittihamlarla bağlı özümü müdafiə etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəm. Guya, mənim qaldığım təcridxanada ağlamağım və bu kimi böhtan xarakterli məlumatlara cavabım ondan ibarətdir ki, Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz, əyilməz, sınmaz”.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Azərbaycandan gedərək Almaniyada sığınacaq alan Hüseyn Abdullayev külli-miqdarda vergidən yayınmada ittiham edilərək beynəlxalq axtarışa verilmişdi.