“Aralıq, Egey və Qara dənizlərində bir çox problemlər var. Millətimiz və dövlətimizi bir an belə düşünmədən qorumağa, qollamağa, eyni anda bütün istiqamətlərdə gözümüzü qırpmadan hərbi əməliyyatlara belə hazırıq. Heç kim buralarda yanlış hesablar aparmasın”.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Yunanıstanın qeyd edilən dənizlərdə fəallaşmasına işarə olaraq deyib.
Baş qərargah rəisi terrorçularla mübarizəyə də toxunub. Bildirib ki, bu istiqamətdə böyük bir mərhələ qət edilib: “Son terrorçu qalana qədər əməliyyat davam edəcək”.
General orduda FETÖ-ya qarşı əməliyyatları da müsbət dəyərləndirilib: “Onlar tmizləndikcə, ordumuz daha da güclənir”.