XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2018 - 16:06

82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"

Fələstin prezidenti Mahmud Abbas bu gün yenidən Ramallah dövlət xəstəxanasına yerləşdirilib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Mahmud Abbasın ürəyində qəfil problem yaranıb: “Ürəyində qəfil problemlər yaranan Mahmud Abbas dərhal Ramallahdakı xəstəxanaya qaldırılıb. Həkimlər hələlik onun səhhəti haqda hər hansı bir açıqlama vermirlər”.

Onu da qeyd edək ki, 82 yaşli Mahmud Abbas son bir həftədə ikinci dəfə xəstəxanaya düşür.

Bir neçə gün əvvəl o, Ramallahdakı xəstəxanada qulağından əməliyyat olunub.