XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

20 May 2018 - 16:51

ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."

Bu gün Türkiyə prezidenti Ərdoğan Bosniyaya rəsmi səfər edib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, o, səfər zamanı Bosniya prezidenti ilə birgə mətbuat konfransında şəxsinə Sarayevoda sui-qəsd ediləcəyi xəbəri haqda verilən sualı da cavablandırıb: “Bəli, mənə Bosniyada sui-qəsd ediləcəyi haqda ciddi xəbər verildi. Bu məlumatı bizim Milli Təhlükəsizlik Təşkilatımız mənə çatdırdı. Amma mən səfəri təxirə salmağı deyil, əksinə, daha qətiyyətli şəkildə bura gəlməyi üstün tutdum və gəldim…”.

Ərdoğan deyib ki, belə təhdidlər onu qorxuda bilməz: “Zatən, biz Türkiyədə iqtidara gələndən belə xəbərlər, təhdidlər alırıq. Amma bunlar bizi çəkindirməz, əksinə daha da qətiyyətli edər”.