XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2018 - 17:53

XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"

“Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı qüvvələrimizin hərbi qulluqçusu həlak olub. Həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı veririk”.

Strateq.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev Naxçıvanda Azərbaycan hərbçisinin şəhid olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu hadisə Ermənistanı işğalçılıq siyasətini davam etdirdiyini təsdiq edir: “Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir. Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin “yalnız sülh yolu ilə həlli” barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır.

Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.