XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2018 - 19:15

Sahil Babayev keçmiş nazirin daha 4 kadrını “vurdu” –SİYAHI

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

Strateq.az Unikal.org-a istinadən bildirir ki, nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Fakt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təsdiqlənib.