XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2018 - 00:35

Ayətullah Xamenei “Qədr gecələri” ilə bağlı müsəlmanlara müraciət etdi:"Bu gecələrdə ən gözəl əməl – duadır"

Mübarək Qədr gecələrinin başlanması ilə bağlı Ayətullahul-üzma Seyid Əli Xamenei İslam ümmətinə müracət edib.

Strateq.az Deyerler.org-a istinadən bildirir ki, Ayətullah Xamenei müsəlmanların Qədr gecələrindən daha gözəl istifadə etməsi və bəhrələnməsi üçün bəzi tövsiyələrini verib.

 

Qədr gecələrinə mənəvi bir hazırlıqla daxil olun

 

“Mübarək Ramazan ayının günlərində qəlblərinizi ilahi zikrlərlə nurlandırın ki, Qədr gecələrinə hazır daxil ola biləsiniz”.

 

Qədr gecələrinin saatlarını qənimət bilin

 

“Qədr gecələrinin qədrini bilin və hər anını qənimət sayın. Elə bir şey edin ki, Qədr gecələrində yazılanın taleyinizə təsiri olsun”.

 

Maddi çirkinliklərdən uzaq durun

 

“Bizlər bu gecələrdə dua etməli və mənəvi bir ucalma üçün səy göstərməliyik. Namaz, möminin meracı olduğu kimi, dua da möminin meracıdır. Qədr gecələri də möminlərin meracıdır. Bu gecələrdə mənəvi çirkinliklərdən və könül bağlarından ayrılmalıyıq”.

 

Bu gecələrdə ən gözəl əməl – duadır

 

“Qədr gecəsinin ən dəyərli vaxtlarını dua ilə keçirin. Bu gecələrdə ən gözəl əməl – duadır. Namaz da bu gecələrdə sünnədir. Əslində namaz – dua və zikrin təzahürüdür”.

 

Duaların mənalarına diqqət edin

 

“Əhli-Beytdən (ə) gələn və məzmunu dolğun olan duaların mənalarına diqqət edin. Xüsusilə gənclərimiz bu duaları oxuyaraq, söylədikləri sözlərə və cümlələrə xüsusi diqqət göstərsinlər”.

 

Allah Təala ilə danışın

 

“Gənclərdən xahişim odur ki, dualarını edərkən nələr dediklərinə nəzər yetirsinlər. Bizlər bu gecələrdə Allah ilə danışırıq. Məhz ona görə dualarımızda nə dediyimiz çox mühümdür. Əgər ərəbcə duaların mənasını bilmiriksə, öz dilimizdə Allah Təala ilə münacat edək”.

 

Allah Təaladan bağışlanma diləyin

 

“Qədr gecəsi, bağışlanma və tövbə etmək üçün ən gözəl fürsətdir. Allah Təaladan bağışlanma istəyin. Belə ki, Allah Təala mənə və sizlərə, Ona dönməyimiz üçün açıq qapı qoymuşdur. Elə isə Allah Təaladan məğfirət diləyək. Yoxsa elə bir gün gələcək ki, Allah Təala günahkarlara belə səslənəcək: “Onların üzr istəmələrinə icazə verilmir!””.

 

Qəlblərinizi İmam Əlinin (ə) uca məqamı ilə tanış edin

 

“Qədr gecəsi dua, yalvarış və ilahi dərgaha qayıdış gecələri olması ilə yanaşı, ürəklərimizin Həzrət Əlinin (ə) uca məqamı ilə tanış olması və dərs alması üçün bir fürsətdir”.

 

Əsrin vəlisinə, zamanımızın İmamına (ə.f) təvəccöh edin (diqqət ayırın)

 

“Bu gecələrdə zamanımızın İmamına (ə.f), mövlamıza diqqət edin. Onun vasitəsilə (təvəssül etməklə) Allah Təaladan dualarınızı istəyin”.

 

“Yaradılış ayələri və insanların aqibəti üzərində düşünün”

 

“İyirmi üçüncü gecənin ilk saatlarından başlayan və sübh azanının oxunacağı ana qədər Allah Təalanın salamı, rəhməti bütün yaradılmışlara paylanılır. Bu gecə xüsusi gecədir. Bu gecə Allah Təalanın ayələri üzərində təfəkkür və insanın aqibəti üzərində düşünməklə keçirin”.

 

Müsəlmanlar üçün dua edin

 

“Qədr gecələri, mənəvi baxımdan xalqın rifahı, qəlblərin səfası üçün misli görünməyən bir gecədir. Bu gecələrdə öz məsələləriniz, müsəlmanlar və İslam dünyası üçün də dua edin”.

 

Özünüzün və möminlərin hacətlərini (ehtiyaclarını) Allah Təaladan istəyin

 

“Öz hacətlərinizi müsəlmanların, ölkənizin, mömin qardaşlarınızın, xəstələrinizin, hüznlü qəlblərin, qəmli gözlərin hacətlərilə zənginləşdirin”.