XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2018 - 02:47

NATO Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyəti ilə bağlı videoçarx yaydı –VİDEO

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.

Strateq.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, videoçarxda Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri polkovnik-leytenant Tayfur Rüstəmov ölkəmizin missiyadakı iştirakının məqsədləri ilə bağlı deyir:

“Sülhməramlılarımızın NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirakı Alyans ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında müəyyən olunan “müvafiq beynəlxalq təşkilatların mandatı altında sülhməramlı və böhranlara cavab əməliyyatlarında iştirak” ölkənin müdafiə siyasətinin əsas məqsədlərindən biridir. Bu kimi əməliyyatlarda iştirakımız ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəsinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının inkişaf etdirilməsinə və qarşılıqlı koordinasiyanın artırılmasına xidmət edir.

Azərbaycanın yüzdən artıq hərbi qulluqçusu “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Hazırda missiyada NATO qüvvələri ilə yanaşı, Azərbaycanın iki piyada bölüyü, tibb və qərargah zabitləri xidmət edir. Azərbaycan Əfqanıstanın gələcəyi naminə səy göstərir”.

Videoçarxı təqdim edirik: