XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

07 İyun 2018 - 13:38

Paşinyan Azərbaycan prezidentiylə danışıqlara hazır olduğunu açıqladı:“Danışıqlarda Dağlıq Qarabağ da olmalıdır”  

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı deyib.

Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan bir daha qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışıb, bildirib ki, bunsuz danışıqlar effektiv olmazdı.

Paşinyana görə, Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi yenilik deyil. Bu məsələ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində təsbit olunub.

“1998-ci ildən sonra Ermənistan nümayəndələri Qarabağın da adından danışıqlar apardı. Robert Köçəryan əvvəl Qarabağın “prezidenti” olmuşdu, Serj Sərkisyan isə Qarabağın özünümüdafiəsinin təşkilatçılarından biri olub. Nəticədə bizim necə yanaşmağımızdan asılı olmayaraq onlar danışıqlar aparmaq mandatını əldə edə, yaxud bunu öz adlarına yaza bilərdilər. Lakin mən qətiyyən özümə belə səlahiyyətlər rəva görə bilmərəm. Bunun üçün nə hüquqi, nə mənəvi əsaslarım yoxdur. Dağlıq Qarabağ əhalisi Ermənistanda hakimiyyətin formalaşdırılmasında iştirak etmir. Onun özünün “hökuməti” və “prezidenti” var”-Paşinyan bildirib.

Ermənistan baş nazirinin fikrincə, danışıqlarda Qarabağın azərbaycanlı icmasının da iştirak etməli olduğu haqda arqumentlər “əsassızdır”, ona görə ki, həmin azərbaycanlılar Azərbaycan vətəndaşlarıdır: “Deməli, Azərbaycan prezidenti İlham Əliyev onların da adından danışıqlar aparır, çünki onlar seçkilərdə iştirak ediblər. Qarabağın sakinləri isə Ermənistan hakimiyyətini seçməyiblər, deməli, Ermənistan hakimiyyəti onları təmsil edə bilməz”.

Baş nazir bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Minsk Qrupu çərçivəsində danışıqlara hazırdır, amma bu danışıqlar effektiv olmalıdır.