XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

07 İyun 2018 - 14:34

Tovuzun icra başçısı işdən çıxarıldı –Yeni başçı təyin olundu  (SƏRƏNCAM)

Prezident İlham Əliyev Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni başçı bu vəzifəyə qədər “Azərkimya” İstehsalat Birliyində çalışıb.