XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 14:49

Putin Trampın İranla nüvə sazişindən çıxmaq qərarını pislədi:

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İranla nüvə sazişindən çıxmasını tənqid edib və bildirib ki, bu, Yaxın Şərqdə sabitsizliyə səbəb ola bilər.

O, bunu “Şanxay əməkdaşlıq təşkilatı” ölkələrinin Çində keçirilən sammiti çərçivəsində bəyan edib. Vladimir Putin qeyd edib ki, Moskva 2015-ci ildə İranla imzalanmış nüvə sazişi ilə bağlı öz öhdəliklərini yerinə yetirəcək: “Rusiya bu planın ciddi şəkildə və ardıcıllıqla yerinə yetirilməsinə çağırır”

Qeyd edək ki, İranla aparıcı 6 dünya ölkəsi arasında imzalanmış bu sazişdən sonra İran nüvə proqramı üzərində işi dayandırıb və əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Amma ABŞ prezidenti Donald Tramp ötən ay ölkəsinin bu sazişdən çıxdığını bəyan elədi və bildirdi ki, Vaşinqton İrana qarşı sanksiyaları bərpa edir. Rusiya ilə yanaşı bu sazişə imza atmış Böyük Britaniya, Fransa, Almaniya və Çin də İranla sövdələşməyə əməl edəcəklərini bəyan ediblər.

(Azadlıq radiosu)