XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

11 İyun 2018 - 16:36

Prezident İlham Əliyev sabah Türkiyədə olacaq –TANAP-ın açılış mərasiminə qatılacaq

Sabah Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı olacaq.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, Əskişəhərdə baş tutacaq açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili  də iştirak edəcək.

Xatırladaq ki, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən “Şahdəniz-2” qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.

Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.