XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 İyun 2018 - 09:23

ABŞ və KXDR liderlərinin 1.5 saat çəkən tarixi görüşü: sənəd imzalandı –VİDEO

ABŞ və KXDR lideri Donald Tramp və Kim Çen In arasında Sinqapurda təkbətək və geniştərkibli formatda keçirilmiş görüş ümumilikdə bir saat yarım davam edib.

Sammitdə Amerika tərəfini ABŞ-ın dövlət katibi Maykl Pompeo, Ağ ev əməkdaşları aparatının rəhbəri Con Kelli, prezidentin mətbuat katibi Sara Sanders, prezident administrasiyasının milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Birləşmiş Ştatların Filippindəki səfiri, KXDR üzrə sabiq xüsusi nümayəndə Son Kim və Asiya üzrə Milli Təhlükəsizlik Şurasının böyük direktoru Mett Pottincer iştirak edib.

Zirvə görüşündə Şimali Koreya tərəfini Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinləri Kim Yon Çxol və Li Su Yon, xarici işlər naziri Li Yon Xo, xalq silahlı qüvvələri naziri No Qvan Çxol, XİN rəhbərinin müavini Soy Son Xi, Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon və Əmək Partiyası Mərkəzi Komitəsinin departament direktoru Xan Kvan San təmsil edib.

***

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn Sinqapurda keçirilən görüşün yekununda sənəd imzalayıblar.

***

Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək/Report.