XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

12 İyun 2018 - 12:44

Tramp və Kim Çen Inın imzaladığı yekun sənədin mətni açıqlandı:"Gələcək addımlarını əks etdirən daha dörd bənd var"

Donald Tramp və Kim Çen Inın imzaladığı yekun sənədin mətni açıqlanıb.

Mətnin şəklini ABC-nin jurnalisti Konor Finneqan paylaşıb.

İki ölkə liderlərinin Birgə Bəyannaməsində tərəflərin dərin və səmimi fikir mübadiləsi apardığı bildirilir. Sənəddə rəsmi Pxenyanın nüvəsizləşdirilməyə sadiq qaldığı bir daha vurğulanır.

Bundan əlavə, mətndə tərəflərin gələcək addımlarını əks etdirən daha dörd bənd var. Birinci bənddə hər iki ölkənin yeni əlaqələrin qurulmasına sadiq olduğu göstərilir.

“Birləşmiş Ştatlar və KXDR Koreya yarımadasında sülhün bərqarar olması üçün səylərini birləşdirəcək”,- ikinci bənddə deyilir.

Üçüncü və dördüncü bəndlərdə isə nüvəsizləşdirmə və Şimali Koreya ərazisində amerikalı əsgərlərin meyitlərinin axtarışı barədə fikir yer alır/Report.