XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 10:26

Saleh Məmmədovdan maraqlı təklif:Xaricə tələbə göndərək

saleh-memedovİndiki böhran vəziyyətindən çıxış yolları hər bir vətəndaşımızı dərindən düşündürür. Hər kəs bu barədə öz təkliflərini verir, işərisində olduğu gəmini xilas etməyə çalışır.Azərbaycanın tanınmış ziyalılarının, iqtisadçı alimlərinin bu barədə fikirləri isə xüsusi əhəmiyyət daşıyır.

Müxtəlif səmərəli təklifləriylə əlini daş altına qoymaq istəyən belə alimlərdən biri də sabiq nazir, iqtisadiyyat elmləri professoru Saleh Məmmədovdur. O, son zamanlar mətbuatda dərc olunan məqalələri, sosial şəbəkələrdə paylaşdığı statusları ilə diqqət cəlb edir.

Saleh Məmmədov bu gün də facebook səhifəsində maraqlı bir status paylaşıb. Böhrandan çıxış yolu üçün maraqlı təklif irəli sürən professorun statusunu Strateq.az oxucularına təqdim edirik:

“Hələ Sovet İttifaqı dağılan ərəfədə bir məsələ qaldırmışdım: dünyanın, xüsusilə ABŞ və Avropanın reytinqi yüksək olan Univürsitetlərində Azərbaycan üçün dövlət hesabına və dövlət müqavilərilə kadr hazırlığı həyata keçirmək və həm də 5-10 nəfər deyil, hər ildə 500-1000 nəfər olmaq şərtilə.

Bu fikir də öz ölkəmizin təcrübəsi əsasında meydana gəlmişdir. Sovet dövründə rəhmətlik H. Əliyevin SSRİ-nin qabaqcıl ali məktəblərində müsabiqədənkənar yetişdirməyə göndərdiyi, sonralar rəhmətlik Ə. Elçibəyin Türkiyə universitetlərinə göndərdiyi tələbələr ölkənin inkişafında çox böyük rol oynamışdı və indi də ciddi təsir etməkdə davam edirlər.

Amma nə Rusiya, nə də Türkiyə universitetləri Azərbaycan universitütlərindən o qədər də böyük dərəcədə fərqlənmir. Böyük fərqlər ABŞ, Avropa, Yaponiya, İsrail, Çin univetsitetləri ilə müqayisədə nəzərə çarpır. Doğrusu, aglı, zəkası, intelektual səviyyəsi ilə çox daha yüksəkdə duran yeni Təhsil nazirindən bu istiqamətdə ciddi addımlar gözləyirdik, amma hələ ki, görmürük. Mənə elə gəlir ki, Azərbaycam ictimaiyyətində çox yox, 100 nəfər Harvard məzunu olsa idi, ölkə heç vaxt bugünkü böhranı yaşamazdı.

İndi ölkənin sürətli inkişafını təmin etmək istəyiriksə, Təhsil Nazirliyimiz dünyanın reytinq cədvəlində ilk yeri tutan ABŞ universitetləri, İngiltərə, Yaponiya, İsrail, Çin universitetləri ilə bibaşa müqavilə bağlamalı, əməkdaşlıq qurmalı və hər il dünyanın ən nəhəng elm və təhsil mərkəzlərində tam dövlət hesabına ildə 1000 nəfərə yaxın yüksək səviyyəli mütəxəssis yetişdirməyə başlamalıdı.

Bu, təqribən illik 300 milyon  dollarlıq büdcə tələb edir. Xüsusilə bu gün üçün çətinlik verə bilər. Tom Petersin bir kəlamını xatırlatmaq istəyirəm: “İşiniz yaxşı gedəndə təhsil məsrəflərini iki dəfə artırın, pis gedəndə 4 dəfə artırın”. Təəssüflər olsun ki, işimiz yaxşı gedəndə iki dəfə artırmamışıq, indi – pis gedəndə çox daha yüksək templə artırmaliyiq.

Alimlər hesablamışdılar ki, elm və təhsilə qoyulan investisiyalar həttə ən çox geri dönüşüm verən investisiyalardan (məsələn, neft, qaz, qızıl) da 4 dəfə çox gəlir gətirir. Həm də hər hansı riskə məruz deyil, işğal, böhran, təbii fəlakətlər və s. nəticəsində məhv edilə biıməz. Oğurlana və israf oluna bilməz.

Bir dəfə Aristotel bir zəngin iş adamının qızıl, mal, varidatla dolu gəmisi ilə gedirlərmiş, gəmi qəza nəticəsində batır, bunlar paltarsız üzüb çətinliklə özlərini xilas edirlər, quruya çıxanda iş adamı ağlayır, “nə üçün” sualına “hər şeyi itirdim”-deyə cavab verir, bu zaman Aristotel deyir ki, “mən isə hər şeyi xilas etdim, nəyim varsa, özümlədir”.

Bəzi, alimlər iddia irəli sürürlər ki, Neft Fondunu, valyuta rezervlərini gələcək nəslə saxlamaq lazımdı. Doğru da deyirlər, amma mahiyyət deyil, formada ən optimal yolu tuta bilmirlər.  Mənim fikrimcə, gələcək nəslə 100 milyard manat saxlamaqdansa, 100 yaxşı alim yetişdirib versən çox daha böyük səmərəsi olacaq. Zaman gələr, 100 alimdən yalnız biri o qədər mənfəət gətirə bilər.

Beləliklə, təhsil nazirliyimizə təklifim:

1. Dünyanın və elmin ən yüksək inkişaf etmiş, reytinqi ən  yüksək olan universitetləri ilə müqavilə bağlayaraq, hər bir universitetdə 100-ə yaxın tələbə yerləşdirmək və onların təhsilini uzunmüddətli təhsil kreditləri formasında dövlət təminatına götürmək və Respublikada təyinat əsasında işlə məcburi təmin etmək. Bu universitetlər sırasına Harvard, Stenford və MİT (ABŞ), Oksford və Kembric (Böyük Britaniya), Reyn-Vestfal texniki universitet – Aaxen (Almaniya), Tokio universiteti (Yaponiya), İuressalim yəhudi universiteti (İsrail), Sinqapur milli universiteti (Sinqapur), Pekin universiteti (Chin), Seul milli universiteti (Koreya Respublikası). Bu universitetlər yüksək inkişaf etmiş ölkələrin və bütövlükdə dünyanın ən qabaqcıl universitetləridi. Kadrlar elmə, biliyə yiyələnməklə bərabər, bu universitetlərdə inkişaf etmiş ölkələrin və millətlərin unikal inkişaf təcrübələrini də öyrənəcəklər.

2. Bu universitetlərə daxil olmaq üçün çox ciddi seçim olmalıdır, bura ən güclü qeyri-adi istedada malik gənclərdən bir neçə mərhələdən ibarət seçki prosesi keçməli və dövlət hesabına iki il hazırlıq mərhələsi keçməlidi. 9-cu sinifin sonuna qədər artıq bir neçə mərhələdən ibarət seçim keçdikdən sonra 10-cu sinifdən başlayaraq xüsusi hazırlıq keçməli və artıq 11-ci sinifin başlanığıcında universitet və ixtisaslar müəyyənləşdirilməli, qəbul imtahanlarına başlanmalıdır (SAT, GMT, TOYFL və s.).

3. Hazırlıq prosesi orta təhsilin sonuna qədər davam etdirilməli, bu məqsəd üçün dövlət ixtisaslar üzrə baza universitetləri təyin etməli və tender əsasında hazırlıq kurslarını müəyyənləşdirməli və maliyyələşdirməlidi (məsələn, Araz kursları və ya Xəzər, Qafqaz universitetləri,  digər qurumlar və s. tenderin iştirakçıları ola bilər. Yalnız korrupsiyanın dərinliklərinə varmış universitet və məktəblərdən çox uzaq durmaq lazımdı. Həm də çalışmaq lazımdır ki, onlayn hazırlığa üstünlük verilsin. İxtisaslaşma bütün sahələri əhatə etməlidi, xüsusi ilə, iqtisadiyyat, fəza mühəndisliyi, kompyuter mühəndisliyi, nano texnalogiyalar, tibb, dövlət idarəçiliyi, psixologiya və s. üstünlük təşkil etməlidir.

4. Həmçinin, bu universitetlərlə, kadr mübadiləsinə və pofessor müəllim heyətinin yenidən hazırlığına və ixtisas artırmaya xüsusi diqqət yetirmək lazımdır. Bu iş bu gün çox bərbad vəziyyətdədi. Sovetin olduqca geridə olmasına baxmayaraq, hər 3-5 ildən bir ixtisası artırma keçməyən müəllimi dərsə buraxmırdılar. Bu ğün ali məktəb müəllimlərinin 90%-dən çoxu bu kursları keçmir. Mənə elə gəlir ki, həmin universitetlərlə bu məsələ barəsində də danışıqlara başlamaq olar. İndi, texnika və internetin köməyi ilə əksəriyyət məsələləri onlayn həll etmək olar.

Hesab edirəm ki, bu tədbirlər bu gün ölkəmiz üçün olduqca vacibdir və tezliklə vətənimizi geridə qalmış kasıb ölkələr qrupundan ayırıb yüksək inkişaf etmiş ölkələr siyahısına daxil etmək imkanı verəcək.

Saleh Məmmədov”