XƏBƏR LENTİ

16 Oktyabr 2018
15 Oktyabr 2018

Digər Xəbərlər

14 İyun 2018 - 00:19

Baş nazirin istefasının arxasında İvanişvili dayanır:"Saakaşvilinin geri qayıdışı onun ən qorxulu röyasıdır"

Xəbər verdiyimiz kimi, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib.

O, bunun səbəbi kimi hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqlarının olduğunu göstərib.

Strateq.az xəbər verir ki, gürcü baş nazirin istefasını şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Kvirikaşvilinin vəzifədən getməsinin arxasında Gürcüstan hakimiyyətinin xaç atası Bidzina İvanişvili dayanır:

“İvanişvili görür ki, hakim “Gürcü arzusu” partiyasının və hökumətin reytinqi sürətlə aşağı enir. Bu isə gələcək parlament seçkisində müxalifətin qələbə çalmaq və keçmiş prezident Mixail Saakaşvilini geri qayıtmaq imkanlarını artırır. İvanişvili seçkidə məğlubiyyətə dözər, ancaq Saakaşvilinin geri qayıdışı onun ən qorxulu röyasıdır. Buna görə də İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir”.

Politoloq deyir ki, İvanişvilinin qarşısında hazırda iki variant var: “Ya hökumətin başına özü keçəcək, ya da Kvrikaşvili kimi bir gənci tapıb, baş nazir seçdirəcək”.