Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda Ərdoğanın lideri olduğu AKP üzvləri ilə HDP-lilər arasında silahlı qarşıdurma baş verib.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə AKP-li deputat İbrahim Xəlil Yıldızın da aralarında olduğu bir qrup partiya üzvü Suruçdakı ticarətçilərlə görüşmək istəyərkən baş verib: “Görüş zamanı HDP-li olduqları önə sürülən tapança, bıçaq, dəyənəklərlə silahlanmış bir qrup şəxs AKP-lilərə hücum edib. Nəticədə çıxan davada 12 nəfər yaralanıb. Onlardan 3-ü həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyalarını dəyişiblər”.
Məlumata görə, ölənlərdən biri AKP-li deputat İbrahim Xəlil Yıldızın qardaşı Mehmet Ali Yıldızdır: “Deputatın digər 4 qardaşı da daxil olmaqla, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”.