Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.
Bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.
Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib.
İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub/APA.
Xatırladaq ki, yerli medianın yazdığına görə, T.Abazovun həbsinin səbəbi Tbilisidə keçirilən aksiyada iqtidar partiyasının rəhbəri və keçmiş baş bazir Bidzina İvanişvili və icra başçısına qarşı qeyri-etik ifadələr işlədən Elçin Allahverdilini qanundankənar cəzalandırmasıdır. Bildirilib ki, iqtidar nümayəndələrinə qarşı söyüş söyən Elçin bir neçə nəfər tərəfindən zorla saxlanılaraq icra başçısının yanına gətirdilərək, üzr istədilib. Həmin vaxt ona qarşı qeyri-insani və alçaldıcı davranışlar olub. Daha sonra isə bu olay videoya alınıb və görüntülər internetdə paylaşılıb.
Strateq.az