XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 İyun 2018 - 23:21

Ərdoğan partiyadaşlarına hücum edən HDP-liləri hədələdi:"Onları PKK-lılar öldürdü, layiq olduqları cavabı alacaqlar"

Türkiyə prezidenti Ərdoğan bu gün Şanlıurfanın Suruç bölgəsində HDP-çilərlə çıxan davada 3 AKP-çinin öldürülməsi, 9-nun yaralanmasına sərt reaksiya verib.

Strateq.az TRT-yə istinadən bildirir ki, o, silahlı hücum nəticəsində AKP-nin Şanlıurfadan seçilmiş deputatı İbrahim Xəlil Yıldızın qardaşı Mehmet Ali Yıldız və digər 2 nəfərin öldürülməsində PKK terror təşkilatını günahlandırıb: “Sunuçdakı qanlı hadisəni PKK törədib. Millət vəkilimizin qardaşı və digər iki nəfəri öldürən PKK-dır”.

Prezident bildirib ki, hadisəni törədənlər layiqli cəzalarını alacaqlar: “Bu hadisənin qarşısında və arxasında kim varsa, mütləq tapacağıq. Dillərindən demokratiya sözünü yerə salmırlar, ancaq əllərindən də silahı buraxmırlar, dərslərini vermişik, veririk, verəcəyik”.