XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 İyun 2018 - 00:00

Paşinyan “Feysbuk”da yazdı:"Putin Azərbaycan prezidenti ilə məni tanış etdi..."

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

“Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil edib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”, – deyə Paşinyan qeyd edib/APA.