XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 İyun 2018 - 09:34

ABŞ prezidentindən Avropa Komissiyasının rəhbərinə kəskin ittiham:"Jan-Klod Yunker, sən amansız qatilsən"

ABŞ prezidenti Donald Tramp “Böyük səkkizlik” sammiti zamanı özünü kobud aparıb və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri “amansız qatil” adlandırıb.

Bu barədə”The Wall Street Journal” nəşri yazıb.

KİV-in məlumatına görə, Tramp Yunkeri ona görə belə adlandırıb ki, Brüssel Amerikanın texnologiya şirkətlərinə qarşı cərimələr tətbiq edib. Amerika lideri həmçinin Avropa Komissiyası olmadan birbaşa Almaniya və Fransa ilə ticarət danışıqları aparmağın mümkünsüzlüyündən narazılıq edib.

Nəşr yazır ki, G7-nin digər liderləri Trampın hərəkətlərindən və məhsul idxalı tarifləri, immiqrasiya, terrorçuluqla mübarizə və ətraf mühit məsələləri ilə bağlı “aşkar şeylər”i qəbul etməməsindən məyus olublar/Report.